Sizin link burada

"Bəzi dövlətlər digər xalqların daxili işlərinə qarışmağa maraq göstərir" - Məzahir Pənahov

"Bəzi dövlətlər digər xalqların daxili işlərinə qarışmağa maraq göstərir".
 
 
 
APA-nın məlumatına görə, bunu bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında MSK sədri Məzahir Pənahov bildirib.
 
  
 
MSK sədri deyib ki, bu, reallıqdır: "Reallıq olduğuna görə buna göz yummaq olmaz. Ona görə də bundan narahat olmaq da lazım deyil. Yer kürəsi kiçikdir, insanlar bir yerdə olmağı bacarmalıdır. Birgə fəaliyyət göstərməkdən başqa yolumuz yoxdur. Seçkinin nəticələrini xalq qəbul etməlidir, digər məqamlar önəmli deyil. Azərbaycan seçicilərinin yarıdan çoxunun səsini alan şəxs prezident seçiləcək. Xalqın iradəsindən yüksək heç nə yoxdur".
 
  
 
M. Pənahov qeyd edib ki, MSK yerli və xarici KİV-in əməkdaşlarına daim açıqdır: Seçki prosesində milyonlarla insan iştirak edir. Ona görə də xırda çatışmazlıqların olması normaldır. İdeal heç nə yoxdur".

LENT

26 Fevral 2018
25 Fevral 2018
24 Fevral 2018

Digər xəbərlər >>>