Sizin link burada

Lalə Məmmədova Beynəlxalq Muğam Mərkəzində konsert verəcək

 

Respublikanın əməkdar artisti Lalə Məmmədova Beynəlxalq Muğam Mərkəzində “Nəğməkar qız” adlı konsert verəcək.
 
 
 
Lent.az-ın xəbərinə görə, konsert fevralın 23-də saat 19:00-da Azərbaycan Televiziyasının “Mədəniyyət” Kanalı və Beynəlxalq Muğam Mərkəzinin birgə layihəsi çərçivəsində keçiriləcək.
 
 
Konsertdə ifaçını əməkdar artist Tariyel Abbasovun rəhbərliyi ilə Azərbaycan Televiziya və Radiosunun Gülarə Əliyeva adına “Dan ulduzu” instrumental ansamblı müşayiət edəcək.
 
 
Gecədə uzun illər dillər əzbəri olmuş, ötən illərin mahnıları ilə yanaşı, ifaçının repertuarında səslənib sevilən mahnılar ifa olunacaq.

LENT

16 İyul 2018
15 İyul 2018

Digər xəbərlər >>>