Sizin link burada

AÇ-2018: İlk yarımfinalçılar bəlli oldu

Sloveniyanın Lyublyana şəhərində keçirilən futzal üzrə Avropa çempionatı davam edir.

 

Apasport.az saytının məlumatına görə, artıq yarışda ilk yarımfinalçılar bəllidi.

 

1/4 finalın ilk oyununda Serbiya ilə Qazaxıstan üz-üzə gəlib. Oyun ikincilərin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.Qazaxların ardınca isə Rusiya millisi adını yarımfinala yazdırıb. Şimal qonşularımız meydan sahibləri Sloveniyadan üstün olub – 2:0.

 

Qeyd edək ki, qitə birinciliyindəki son yarımfinalçılar bu gün bəlli olacaq. Millimiz Portuqaliya ilə, Ukaryna isə İspaniya ilə qarşılaşacaq.

LENT

28 May 2018
27 May 2018
26 May 2018

Digər xəbərlər >>>