Sizin link burada

“Qalatasaray”da ciddi itki

“Qalatasaray” bir müddət müdafiəçi Ceyson Denayerin xidmətindən məhrum olacaq. Apasport.az saytının məlumatına görə, belçikalı futbolçu Türkiyə Super Liqasının XX turunda “Sivasspor”la matçda zədələnərək sıradan çıxıb.

 

Ötən gün xəstəxanada müayinə olunan və MRT-si çəkilən oyunçunun qeyri-müəyyən müddətdə meydana çıxa bilməyəcəyi bildirilib.

 

Qeyd edək ki, sözügedən oyunda “Sivasspor” 2:1 hesablı qələbə qazanıb.

LENT

22 Fevral 2018

Digər xəbərlər >>>