Sizin link burada

Qida Təhlükəsizliyi Agentliyinin statusu müəyyənləşdi

Qida Təhlükəsizliyi Agentliyinin statusu müəyyənləşib.

 

APA-nın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “İnzibati orqanların Təsnifatı”nda dəyişiklik edib.

 

Qida Təhlükəsizliyi Agentliyi (Qida Təhlükəsizliyi Agentliyinin regional bölmələri) mərkəzi icra hakimiyyəti orqanı statusunda “İnzibati orqanların Təsnifatı”na daxil edilib.

 

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2017-ci il 13 noyabr tarixli fərmanına əsasən Qida Təhlükəsizliyi Agentliyinə gömrük orqanları ilə birlikdə dövlət sərhədinin buraxılış məntəqələrində ölkəyə idxal olunan qida məhsullarını qida təhlükəsizliyi baxımından yoxlamadan keçirmək vəzifəsi verilib. Bununla əlaqədar Nazirlər Kabineti “Azərbaycan Respublikası dövlət sərhədinin mühafizəsini gücləndirmək məqsədi ilə əlavə qayda və əsasnamələrin təsdiq edilməsi haqqında” qərarına da müvafiq dəyişiklik edilib.

LENT

26 Fevral 2018
25 Fevral 2018
24 Fevral 2018

Digər xəbərlər >>>