Sizin link burada

İtaliya millisinin yeni baş məşqçisi bilindi - FOTO

İtaliya millisinin yeni baş məşqçisi müəyyənləşib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, Luici di Byaco bu posta təyin edilib.

 

Gənclər yığmasının çalışdırıcısı əsas komandanın “sükanı arxası”na müvəqqəti gətirilib. O, komandanı gələn ay Argentina ilə yoldaşlıq görüşündə meydana çıxaracaq.

 

Qeyd edək ki, Luici di Byaco 2013-cü ildən İtaliyanın U-21 yığmasına rəhbərlik edir.

LENT

26 Fevral 2018
25 Fevral 2018
24 Fevral 2018

Digər xəbərlər >>>