Sizin link burada

Ramos komanda yoldaşlarını tənqid etdi

“Real”ın kapitanı Serxio Ramos komanda yoldaşlarının oyunundan narazılığını bildirib. Apasport.az saytının “Marca” nəşrinə istinadən məlumatına görə, mərkəz müdafiəçisi “Levante” ilə La Liqanın XXII tur matçından sonra etiraz edib.

 

Ramosun, xüsusən də, braziliyalı müdafiəçi Marselonun fərdi oynamasından narahat olduğu vurğulanıb: “Bu nəticələr qəbuledilməzdi. Hesabda 2:1 öndəyik və top uğrunda mübarizə aparmaq tələb olunur. Ancaq meydanda heç kim “döyüşmür”. Axı biz bir komandayıq”.

 

Qeyd edək ki, “Levante” ilə heç-heçə edən (2:2) “Real” 39 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

LENT

28 May 2018
27 May 2018
26 May 2018

Digər xəbərlər >>>