Sizin link burada

Natavan küsülü olduğu Elnarə barədə danışdı: "Bunu kimə göstərirsən?"

Müğənni Natavan Həbibi küsülü olduğu həmkarı Elnarə Xəlilova barədə danışıb.

 

Lent.az-ın məlumatına görə, ifaçı “Atv maqazin onlarla” verilişinin “Hit parad” rubrikasında E.Xəlilovanın ifa etdiyi “Taparam səni” mahnısını bəyənmədiyini deyib:

 

“Onunla münasibətimizin olub olmadığının heç bir dəxli yoxdur. Mahnıdan söhbət gedirsə, Elnarə elə şeylər oxuya bilər ki... Oxusun da. Onun oxuduğu mahnı mənə çatmadı. O, Elnarə deyil. Onun tərzi barədə mənə danışmayın. Röya ilə Elnarəni məndən yaxşı tanıyan yoxdur. Onların imicini, nəfəsini yaxşı tanıyıram. Elnarə oxuduğu bir çox mahnılarda özü deyil. O, göstərmək istəyir ki, hər janrda olan mahnıları oxuya bilir. Kimə göstərirsən? Biz bunu bilirik. Sən nə istəsən oxuya bilərsən. Öz mahnılarımıza qayıdaq. Mən də, elə sən də. Elnarə ilə münasibətim yoxdur. Amma onun oxuduğu mahnı barədə danışdım”.

LENT

23 Fevral 2018
22 Fevral 2018

Digər xəbərlər >>>