Sizin link burada

(R) PSG-Kapital yeni saytı ilə müştərilərinə daha yaxın olacaq

 

PSG-Kapital yeni saytı ilə müştərilərinə daha yaxın olacaq.

PSG Kapital müştəriləri məmnuniyyətini artırmaq və onlara bir addım daha yaxın olmaq üçün artıq öz internet saytını istifadəyə verdi. Bu sayt müştərilərə PSG Kapitalın effektiv maliyyə servislərinə hərtərəfli nəzər salmaq üçün əla başlanğıc nöqtəsidir.

Sayt müştəriləri şirkətin partnyorları, korporativ strukturu, rəhbərliyi və onun missiyası ilə qısaca tanış edir. Bununla müştərilər uzunmüddətli əməkdaşlıqda şirkətin və öz hədəflərinin nə dərəcədə yaxın olması barəsində fikir sahibi ola bilərlər. Burada müştərilər həmçinin şirkətin fəaliyyət effektivliyini qiymətləndirmək üçün onun maliyyə hesabatlarına da nəzər sala bilərlər.

Sayt investiya sahəsinə ilk addımını atan müştərilər üçün əla informativ xülasədir. Belə ki, burada onlar fərqli investiya alətlərinin-qiymətli kağızların nə olduqlarını və onlardan necə faydalana bilənəcəklərini öyrənə bilərlər.

Daha çoxu ilə maraqlanan müştərilər isə saytdan hesabların açılması üçün prosedura və lazımi sənədlər haqqında məlumatı əldə edə bilərlər. Burada onlar həmçinin kiçik bir testin köməyi ilə öz risk profillərini təyin edə və PSG Kapitalın həmin risk profilinə uyğun hansı strategiya və investiya məhsullarını təklif etdiyini görə bilərlər.

Korporativ müştərilər saytdan PSG Kapitalın təklif etdiyi müxtəlif maliyyə xidmətlərinin-anderraytinq, vasitəçilik, təhlil və məsləhət, elecə də vasitəçilik xidmətlərinin məzmunları ilə tanış ola, həmçinin xidmətlər üzrə tarifləri nəzərdən keçirə bilərlər.

Müştərilərin daxili eləcə də, xarici bazarda baş verən yeniliklərdən həmişə xəbərdar olması üçün PSG Kapital öz saytında müntəzəm olaraq məzənnə dəyişikliklərini, investorlarüçün maraqlı olan müxtəlif istiqraz və səhmlərin gəlirlilik və qiymətləri haqqında məlumatları dərc edir. Şirkət barəsindəki ən son yenilik və dəyişiklikləri isə müştərilər saytın xəbərlər bölməsində izləyə bilərlər.

Eyni zamanda müştərilər fərqli valyutada olan maliyyətə alətlərinə investisiya etdiyi zaman şirkətin rəsmi saytında elan olunan məzənnələrlə vəsaitlərini konvertasiya edəbiləcəklər.

Burada həm də müştərilər şirkət, həmçinin xidmətlər barəsində olan sual və narahatlıqlarını hər zaman  birbaşa şirkətə ünvanlaya bilərlər.

LENT

28 May 2018
27 May 2018
26 May 2018

Digər xəbərlər >>>