Sizin link burada

"Sevilya"nın sabiq baş məşqçisi xərçəngə qalib gəldi

"Sevilya"nın keçmiş baş məşqçisi Eduardo Berizzo xərçəng xəstəliyindən qurtulub. Apasport.az saytının İspaniya mətbuatına istinadən məlumatına görə, argentinalı mütəxəssis artıq evə buraxılıb.

 

Ötən ilin noyabr ayında xəstəliyi aşkarlanan 49 yaşlı çalışdırıcı səhhəti ilə əlaqədar "Sevilya"nın baş məşqçisi postundan istefa vermişdi. Dərhal əməliyyat edilən Berizzonun son müayinəsi müsbət fikir bildirməyə əsas verib. Belə ki, tibbi testlər mütəxəssisin xərçəngdən tamamilə qurtulduğunu göstərib.

 

Qeyd edək ki, futbolçu karyerası ərzində Argentina millisinin də formasını geyinmiş Eduardo Berizzo ötən il "Selta"dan ayrılaraq "Sevilya"nın "sükanı arxası"na keçmişdi.

LENT

26 Fevral 2018
25 Fevral 2018
24 Fevral 2018

Digər xəbərlər >>>