Sizin link burada

"Qarabağ"a getməyimin səbəbi..." - Tarik Elyunussi

"Başqa komandaya keçə və ya "Qarabağ"da qalıb pulumu qazana bilərdim. Həmçinin "Olimpiakos"a dönmək imkanım da var idi. Ancaq mənim üçün karyera puldan önəmlidi". Apasport.az saytının məlumatına görə, bu sözləri qış fasiləsində "Qarabağ"la yollarını ayıraraq AİK-ə keçən Tarik Elyunussi deyib.

 

Mövsümün əvvəlində Ağdam klubunun "Olimpiakos"dan icarəyə götürdüyü norveçli yarımmüdafiəçi Azərbaycanda karyerasının uğursuz alınmasının səbəbini açıqlayıb. O, İsveç mətbuatına müsahibəsində tez-tez zədələnməsindən narahatlığını dilə gətirib.

 

Bununla belə, Elyunussi "Qarabağ"da avrokubok təcrübəsi topladığını da sözlərinə əlavə edib: "Qəribə bir ili geridə qoydum. "Olimpiakos"da hər şey qaydasında idi. Çempion olduq və yaxşı oyunlar keçirdik. Yeni mövsüm öncəsi isə kiçik zədələr aldım. Bu da mənim üçün mövsümü məhv etdi. Eyni hal "Qarabağ"da da təkrarlandı. "Qarabağ"ın heyətində Çempionlar Liqasında çıxış etdim. İlk vaxtlar hadisələr istədiyim kimi gedirdi. Lakin sonra zədələndim və 2 aylıq sıradan çıxdım. Bu üzdən Çempionlar Liqasında son oyunları buraxmalı oldum. "Qarabağ"a getməyimin səbəbi Çempionlar Liqasında oynamaq və bu təcrübəni qazanmaq idi. Zədələr orda uğurlu çıxışıma mane oldu".

 

30 yaşlı hücumameyilli oyunçu AİK-lə İsveç çempionu olacağına inandığını bildirib: "AİK mənim üçün böyük çağırış idi. Burda yaxşı qarşılandım və özümü çox gözəl hiss edirəm. Yenidən başlanğıc etmək üçün AİK-in təklifini qəbul etdim. İndi məşqçiləri və yeni komanda yoldaşlarımı tanıyacam. Bundan sonra hər şey daha yaxşı olacaq. Lakin ilk təəssüratlarım müsbətdi. Yeni klubumla yeni mövsümə hazırlaşıram. Hələ də öz ambisiyalarım var. AİK-lə 2 illik müqavilə imzalamışam. Tam olaraq bu komandanın oyunlarına köklənəcəm. "Malmö" ilə qızıl medallar uğrunda mübarizə aparmağa hazırlaşırıq. Belədə avrokuboklarda iştirak edəcəyik. Bunlar mənim hədəflərimdi".

 

Qeyd edək ki, Tarik Elyunussi cari mövsümdə “Qarabağ”ın heyətində 8 oyunda (4 çempionat, 1 kuboku, 3 Çempionlar Liqası) meydana çıxıb.

LENT

28 May 2018
27 May 2018
26 May 2018

Digər xəbərlər >>>