Sizin link burada

"Toppuş bacı"nın maşınına həbs qoyuldu

 

"Toppuş bacı" ləqəbi ilə tanınan əməkdar artist Tünzalə Əliyevanın avtomobilinə həbs qoyulub. Lent.az-ın məlumatına görə, aktrisa bu barədə "Zaurla Günaydın" verilişində danışıb:


"Dekabrın 4-də "Hummer" markalı maşını aldım. İnternetdən bəyəndik, adamla tanış oldu yoldaşım və maşını araşdırdıq. Getdik polisdən də öyrəndik ki, borcu yoxdur. Dekabrın 7-də məhkəmədən qərar çıxdı ki, maşına həbs qoyulsun. Yanvarın əvvəlində bizə bu xəbər gəldi. Polis yolda saxladı ki, banka borcunuz var, avtomobiliniz həbs olunur. Haralara getdik, axırda bildik ki, banka kredit borcu var imiş. Maşını aldığımız adamın da xəbəri yox idi. Üç aydır maşını alıb, xəstələnib satır. Maşını 2012-ci ildə alan adamın borcudur. 23 min 500 manat nəğd ödəmişəm. Ümumilikdə 25 minə başa gəlib. Problem odur ki, maşın indi mənim deyil. Ulduzluğuma görə maşın dəyişmədim. 2008-ci ilin maşını idi. Bundan əvvəlki "Pajero"m benzinlə işləyirdi. Böyük maşın istədik ki, xınaya gedəndə dekorasiyanı içərisinə yığa bilim".

LENT

27 May 2018
26 May 2018
25 May 2018

Digər xəbərlər >>>