Sizin link burada

Bank sektorunun balans kapitalı 3,7 mlrd. manata çatıb

31 dekabr 2017-ci il tarixinə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri  27 mlrd. 921 mln. manat, cəmi öhdəlikləri isə 24 mlrd. 211,8 mln. manat təşkil edib.

 

 

Maliyyə Bazarlarına Nəzarət Palatasından “APA-Economics”ə verilən məlumata görə, sektorun balans kapitalı 3 mlrd. 709,2 mln. manat, əhalinin əmanətləri isə 7 mlrd. 542,5 mln. manat olub. Dekabr ayında əhalinin əmanətləri 2,7% və ya 195,9 mln. manat artıb.

 

 

Fəaliyyət göstərən 30 bankın filiallarının sayı 509, şöbələrinin sayı 142, ATM-lərin sayı 2431 olub. Bütövlükdə, bank sektorunun işçi heyəti  16171 nəfər təşkil edib. Dekabr ayında  sektorda  filial  və  ATM  sayının azalması əsasən “Dəmir Bank” ASC-nin lisenziyasının geri çağırılması ilə bağlı olub. “Dəmir Bank” ASC nəzərə alınmadan dekabr ayında sektorda işçi sayı 63 nəfər artıb.

 

LENT

21 May 2018
20 May 2018
19 May 2018

Digər xəbərlər >>>