Sizin link burada

“Şərq bazarı” bağlanır - Tarix açıqlandı

"Şərq bazarı" təmirə bağlanacaq. Lent.az-ın qafqazinfo-ya istinadən məlumatına görə, bu barədə bazar rəhbərliyi və satıcılar xəbər verib.
 
Satıcıların sözlərinə görə, onlara aprel ayının 1-nə kimi mağazaları boşaltmaq tapşırılıb:
 
“Bizə sadəcə dedilər ki, təmir işi aparılacaq, mart ayının 31-i son gündür. Daha bilmirik, təmir nə müddətə aparılacaq. Həmin vaxtda müxtəlif bazarda işimizi davam etdirəcəyik”.
 
Bazar rəhbərliyi də yaxın zamanda təmir işinə başlanılacağını təsdiqləyib:
 
“Hazırda bazarda hər hansı bir təmir işi getmir. Aprel ayından etibarən işlərin başlanması nəzərdə tutulub. Təmir bitdikdən sonra satıcıların qayıdıb qayıtmaması onlardan asılıdır. Bəlkə daha yaxşı yer tapacaqlar”.

LENT

28 May 2018
27 May 2018
26 May 2018

Digər xəbərlər >>>