Sizin link burada

Sevinc-Sevilin "Xəzər"dən getməsinə Tolik də kövrəldi: "Məni günahlandırırlar"

“Heç istəməzdim ki, mən gələndən sonra Sevinc-Sevil bacıları “Xəzər”dən getsinlər”. Bu sözləri prodüser Tolik ( Tarix Əliyev) Sevinc-Sevil bacılarının “Xəzər TV”nin “Hər şey daxil” verilişindən getmə qərarlarına münasibət bildirərkən deyib. O bacıların verilişdən getməsində özünü də günahkar hesab etdiyini dilə gətirib: “Sevinc-Sevil bacıları öz istəkləri ilə verilişdən getmək qərarına gəliblər. Mən bu kanala “Xəzər” telekanalının rəhbərliyi tərəfindən gətirilmişəm. Mən bu etimadı doğrultmalıyam. Bacılarla 2 ilə yaxındır ki, dostam. Onların ən pis günündə yanlarında olmuşam. Allah analarına can sağlığı versin. Ataları rəhmətə gedəndə ilk dəfə mənə zəng etdilər. Bu qızlar mənim  üçün bacıdırlar. Çünki mən yaşadığım binada da yaşayırlar. Bizim dostluğumuz var. Bu kanal Sevinc-Sevilin hər günlərində yanlarında olub. Onların verilişdən getməsi içtimaiyyət arasında heç də yaxşı qarşılanmadı. Elə bildilər ki, mən verilişə gəldiyimə görə gedirlər. Amma inanın ki, bizim dostluğumuz bir verilişə görə deyil. Qəlbləri görən Allahdır. Ona görə də bizə hər şey verir. Bilmirəm, niyə belə qərar verdilər. Özümü günahkar kimi hiss elədim. Bəlkə də mən bura gəlməsəydim, verilişdən getməzdilər. Amma özləri dedilər ki, müğənni kimi fəaliyyət göstərmək istədilər”.

 


Daha sonra Sevinc-Sevil tamaşaçılarla ağlayaraq sağollaşıblar: “Əslində biz yerimizi doğma insanımıza qoyub gedirik...".

 

Prodüser Tolik də Sevinc-Sevilin ağlamasını görüb göz yaşlarını saxlaya bilməyib.

 

Qeyd edək ki, “Hər şey daxil” verilişi həftə içi 5 gün saat 10:00-da yayımlanır. 

LENT

23 Fevral 2018
22 Fevral 2018

Digər xəbərlər >>>