Sizin link burada

Nazpəri: "İlhamə 3 gün yuxuma girdi, "Yasin" oxudum" - VİDEO

Xalq artisti Nazpəri Dostəliyeva bir zamanlar küsülü olduğu həmkarı, mərhum İlhamə Quliyeva barədə danışıb. Lent.az-ın məlumatına görə, N.Dostəliyeva bildirib ki, İ.Quliyeva onun yuxusuna girib: “Ümumiyyətlə, bu günə qədər bu xanımla bağlı mənə xoşagələn və ya xoşagəlməz suallar veriblər, amma cavab verməmişəm. Çünki o, artıq dünyasını dəyişib. Mən də özümə yaraşdırmıram ki, dünyasını dəyişmiş insanın arxasınca danışım. O, 3 gün mənim yuxuma girdi. Bunu ilk dəfədir ki, deyirəm. Mən heç zaman and içməyi sevmirəm. Dili ilə dedi ki, mənə halallıq ver. Mən özüm başıma örpəyimi atdım və onun üçün yasin oxudum. Halal xoşu olsun. Ola bilsin ki, kənarda məni kimsə necə görə bilər. Amma mənim ürəyim yumşaqdır. Bu xarakterimə görə hər zaman problem yaşamışam”. 

LENT

23 Fevral 2018
22 Fevral 2018

Digər xəbərlər >>>