Sizin link burada

(R) "Kapital Bank" filiallarında bağlanan bankın əmanətləri qaytarılacaq

 

 

Məlumat üçün bildiririk ki, Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının qərarına əsasən, DəmirBank-da qorunan əmanətlərin kompensasiyalarının verilməsi üçün agent-bank qismində Kapital Bank seçilib.

 

Lisenziyası ləğv edilmiş DəmirBank-ın sığortalanan əmanətləri 1 fevral 2018-ci il tarixindən başlayaraq, Kapital Bank-ın bu filiallarında qaytarılacaq: Nərimanov, 28 may, Cəfər Cabbarlı,  Nizami, Bakıxanov, Binəqədi, Şuşa, Qubadlı, Gəncə, Şəmkir, Bərdə, Yevlax, Göyçay, Ağdaş, Lənkəran, Masallı, Quba, Qusar, Şamaxı, Ağsu, İmişli, Sabirabad, Beyləqan, Şəki, Zaqatala və Qazax.

 

Qeyd edək ki, sığortalanan əmanətlərin sahibləri 1 il ərzində (1 fevral 2019-cu ilədək) yuxarıda qeyd olunan filiallara gəlib, rahat və təhlükəsiz şəkildə əmanətlərini əldə edə bilərlər.

 

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 92 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

 

LENT

28 May 2018
27 May 2018
26 May 2018

Digər xəbərlər >>>