Sizin link burada

Azərbaycanlı müğənninin ayağı kəsiləcəkmiş: "Ölümlə üz-üzə idim" - VİDEO

 

Onlar daim efirlərdə, el şənliklərindədirlər. Hər zaman da özlərini formada saxlamağa çalışır. Bunun üçün isə min yola əl atmaqları da öz yerində. Plastik əməliyyat yolu ilə bədən ölçülərini kiçildənlər də var, idmana üz tutanlar da. Bizim əməliyyatla işimiz yox. İdmanı seçənlərdən danışacağıq. Toydan, efirdən başı ayılıb, idmana da vaxt ayıranlardan. Lent.az-ın yeni “Ulduzların idman saatı” layihəsində sizri onlarla idman zallarında görüşdürəcəyik.

 

İlk “idmançımız” isə  şou-biznesdə odlu-alovlu açıqlamaları ilə tanınan müğənni Roza Zərgərlidir.

 

- Demək olar ki, idman mənim həyatımın bir hissəsinə çevrilib. Çünki son bir neçə aydır, idmanı həyatıma daxil etmişəm. Buna görə də son zamanlar formam daha da gözəl görsənir. Hansısa dar geyim geyinəndə deyirlər ki, bu necə arıqladı? Əslində, məşqçim Əkbərin yanına gələnə qədər bir neçə məşqçi ilə məsləhətləşdim. Amma onlar heç biri mənim problemimin nə qədər çətin olduğunu başa düşmədilər. Mənim omba sümüyüm çıxıqdır. Əslində bu problemimə görə əməliyyat olunmalı idim və bunun nəticəsində sümüyümün protezi dəyişilməli idi. Əməliyyat nəticəsində 6-8 ay yataq xəstəsi olmalı idim. Amma bunu etməmək üçün çarə tapdım. Bir plastik əməliyyat etdirdim. Əməliyyatdan 3 sonra həkimin icazəsiylə məşqçim mənə bir qrafik yazdı. O gündən bu günə qədər məşq edirəm. Mən qaça bilmirəm, velosiped sürmək olmaz. Yalnız qol, bel, pres və ayaqda məhdud olaraq məşqçimin icazə verdiyi hərəkətləri yerinə yetirirəm.

 

- İdmana gələndən neçə kilo verə bilmisiniz?

- 5 ay ərzində 5 kilo çəki atmaq mənim üçün böyük nəticədir.

 

- Bəs pəhriz saxlayırsınız?

- Bəli, artıq bunun üçün mənə xüsusi bir cədvəl tutub. Həmin cədvəldə nələri yeyə biləcəyimi qeyd edib. Əslində, mənim əməliyyata getməyim əbəs yerə olmadı. Çünki idmana 3-4 gün gəlirdim, sonra 1 həftə yerdə yatırdım, yeriyə bilmirdim. Müəllimlərə də nə qədər başa salırdım ki, ayağımda problemim var, qaçmaq olmaz. Amma anlamırdılar. Əməliyyatdan öncə idman edəndə hündür daban ayaqqabı geyinə bilmirdim. Ayağımdakı problemlərə görə 4 il ağrıkəsici dərmanlarla yaşamışam. Bunu ilk dəfə sizin layihədə açıqlayıram.

 

- İdeal bədən çəkiniz nə qədərdir?

- Mənim formam hər zaman yaxşı olub. Sadəcə, arıqlaya bilmirdim. Boyum 1. 75 çəkim isə 75-dir. Əslində, bu, normaldır. Amma efirdə çox kök görünürəm. Bundan başqa artıq çəki mənim yeriməyimə də təsir edirdi. İllərdir 12 saatdan bir dərman içirdim. Artıq 4 aydır ki, mən ağrıkəsici dərmanları qəbul etmirəm. Ağrılarım olanda əsəbi, stressli olurdum və yata bilmirdim. Ən əsası da əməliyyatdan sonra normal yata, hərəkət edə, hündür daban ayaqqabı geyinə bilirəm. Əməliyyatımı Seymur həkim etdi, məşqçim Əkbər isə bədənimin formaya düşməsində mənə yardım etdi.

 

- Əməliyyatdan öncə neçə kilo idiniz?

- Əməliyyatdan öncə 79 kiloya yaxın idim. Əməliyyatla 3 kilonu götürdülər. Əməliyyatdan günündən bu günə qədər 8-9 kiloya yaxın çəki atmışam. Əslində, mən əməliyyatı etdirməsəydim, ölümlə üz-üzə qalmışdım. Əməliyyat yaxşı keçməsəydi, ayağımı kəsəcəkdilər, bu da şikəst olmağımla nəticələnəcəkdi. Bu, mənim üçün ölümə bərabər bir iş olardı. Çünki mən bu problemi yaşayan insanlarla tez-tez üzləşirəm. Onların çəkdiyi əziyyətləri görürəm. Vaxtında bu həkimi və məşqçini tapmasaydım, mən ölmüşdüm. Çünki səhnəsiz qalmaq mənə ölümə bərabərdir. 

 

- Bir az da şou-bizneslə bağlı sual vermək istəyərdim. Şou aləmində durğunluqdu...

- Şou-biznesdə durğunluq deyil. Qalmaqallar çoxdur. Hamısı danışır, bir-birlərini qırırlar. Bu durğunluqdan sonra yaxşı layihələr gələcək.

 

- Amma əvvəlki kimi kliplər, yeniliklər yoxdu...

- Klip neçə ildir yoxdur. İndi tamaşaçıya heç nə maraqlı deyil. Filankəs mahnı çıxardı, 1 milyon baxış oldu. Bu da maraqlı deyil. Hətta qalmaqallar da.

 

- Qalmaqal demişkən, sizin də zaman-zaman qalmaqallarınız olub. Məsələn, xalq artisti Aygün Kazımova ilə...

- Bu qalmaqal çoxdan, 2 il yarım öncə olub. İndi ondan da, məndən də soruşsaz, cavab olaraq deyəcək ki, bu, bir anlaşılmazlıq idi. Bir-iki jurnalist də bundan istifadə elədi.

 

- Roza Zərgərli adı gələndə bir çoxları üzünü turşudur...

- Bunun səbəbini mən yox, sən deyə bilərsən. Çünki dünən özəl tədbirimdə də gördün ki, bir neçə nəfər üzünü turşutdu.

 

- Sosial şəbəkədə sizə yazılan tənqidi şərhlərə necə münasibət bildirirsiniz?

- Çox tənqidi şərhlər yazırlar. Deyirlər ki, zövqsüzdür, oxuya bilmir. Boş vaxtım olanda girib həmin profillərə baxıram ki, görüm bunu yazan kimlərdi? Baxıram ki, bütün profilində hər şey sıfırı göstərir. Bu da ətrafımızda olan və bizi sevməyən 1-2 adamın işidir.

 

- Sonda Roza Zərgərlinin idman hərəkətlərini məşqçisi Əkbər dəyərləndirdi: “Artıq 5 aya yaxındır ki, Roza xanımla məşqlərə başlamışıq. Onunla birgə çalışmağımız bir layihədir. Bu layihənin adını “Fitnes müalicə edir” qoymuşuq. Çünki fitnes bir elmdir, tibbi cəhətdən müalicə etmək xüsusiyyətinə malikdir. Roza xanımla da bu layihəni başlamağımız yerinə düşdü. Çünki bu, isbat olundu. Əslində, Roza xanımla işimiz çox çətindir. Niyə? Çünki dayaq hərəkət sisteminə yaxın onun bud omba nahiyəsində həqiqətən tibbi bir problem var. Bu da mənim işimi ləngidir. İstənilən idman hərəkəti tapşırığını ona deyə bilmirəm. Çünki ona bir çox idman hərəkətlərini icra etmək olmaz. Bizdə əsas məsələ Roza xanımın çəkisini azaltmaq deyil. Əsas məqsədimiz onun bud sümüyünü zədələmədən müalicəsinə tövhə verməkdir.

 

Qeyd edək ki, reportaja daha geniş aşağıdakı linkdə baxa bilərsiz.

LENT

25 May 2018

Digər xəbərlər >>>