Sizin link burada

Prezident Davosda bir sıra görüşlər keçirdi

Azərbaycan prezidenti İlham Əliyevin Davosda “Microsoft” şirkətinin vitse-prezidenti, Avropa, Yaxın Şərq və Afrika üzrə prezidenti Mişel Van Der Bel ilə görüşü olub.

 

Lent.az-ın AZƏRTAC-a istinadən xəbərinə görə, görüşdə Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi istiqamətində görülən işlərdən, qeyri-neft sektorunun inkişafı ilə bağlı atılan uğurlu addımlardan danışılıb. Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sahəsinin prioritet istiqamətlərdən biri olduğu qeyd edildi və bu sahədə əldə olunan nailiyyətlərdən söhbət açılıb. “Microsoft” ilə uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirildi və əməkdaşlığın perspektivləri müzakirə olunub.

 

Prezidenti İlham Əliyev daha sonra Davosda “SUEZ GROUP” şirkətinin baş icraçı vitse-prezidenti və “MEDEF International”ın Fransa-Azərbaycan Biznes Şurasının sədri Marie-Ange Debon ilə görüşüb.

 

Marie-Ange Debon Prezident İlham Əliyevə “SUEZ GROUP”un Azərbaycanda həyata keçirdiyi layihələr barədə məlumat verərək ölkəmizdəki tərəfdaşlarla çox uğurla əməkdaşlıq etdiklərini bildirib. Gələcək planlar barədə danışan Marie-Ange Debon prezident İlham Əliyevə su, kanalizasiya və yağış sularının aradan qaldırılması sahələrindəki yeni texnologiyalar barədə məlumat verib.

 

Prezident İlham Əliyev “SUEZ GROUP”un gördüyü işlərdən məmnunluğunu bildirib. Dövlət  başçısı Azərbaycanın gələcəkdə də “SUEZ GROUP”la əməkdaşlıq etməkdə maraqlı olduğunu qeyd edib. 

LENT

22 Fevral 2018

Digər xəbərlər >>>