Sizin link burada

Prezident: “Öhdəliklərimizi artıqlaması ilə yerinə yetiririk"

Rəsmi Bakı OPEK-ə üzv olan və üzv olmayan  (OPEK+) ölkələrin neft hasilatı həcminin azaldılması üzrə sövdələşməsinin müddətinin 2018-ci ildən sonra da uzadılacağına ümid edir.

 

APA-nın xəbərinə görə, bu barədə “RİA Novosti”yə Azərbaycan prezidenti İlham Əliyev bildirib.

 

“Yaranmış OPEK- OPEK+ formatının davam etdiriləcəyinə ümid edirik. O davam etdirilməlidir. Sövdələşmənin ilin sonunadək uzadılması yaxşı oldu. Lakin mən düşünürəm ki, yenə də uzadılmalıdır”, - deyə prezident vurğulayıb.     

 

Prezident İlham Əliyev rəsmi Bakının neftin qiymətinin stabilləşdirilməsi üzrə OPEK+ sövdələşməsini dəstəklədiyini xatırladaraq, ölkənin neft hasilatı həcminin azaldılması üzrə öhdəliklərini artıqlaması ilə yerinə yetirdiyini vurğulayıb: “Biz həmişə neft hasilatı həcminin azaldılması üzrə sövdələşməni həmişə dəstəkləmişik və dəstəkləyirik, hasilatın azaldılması üzrə öhdəliklərimizi yerinə yetiririk. Hətta artıqlaması ilə yerinə yetiririk”. 

LENT

27 May 2018
26 May 2018
25 May 2018

Digər xəbərlər >>>