Sizin link burada

Gözəl Bayramlı 3 il azadlıqdan məhrum edildi

 

AXCP sədrinin müavini Gözəl Bayramlının məhkəməsi başa çatıb.

 

Lent.az-ın məlumatına görə, Qazax rayon Məhkəməsində Ağarza Səmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Gözəl Bayramlı 3 il müddətinə azadlıqdan məhrum edilib.

 

 

****

15:25

AXCP sədrinin müavini Gözəl Bayramlının barəsində olan cinayət işi üzrə məhkəmə davam edib.

 

Lent.az-ın məlumatına görə, Qazax rayon Məhkəməsində hakim Ağarza Səmədovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edərək Gözəl Bayramlının 4 il azadlıqdan məhrum edilməsini istəyib. 

 

 

Qeyd edək ki, Baş Prokurorluğun yaydığı rəsmi məlumata əsasən, G.Bayramlı 25 may 2017-ci il tarixdə saat 22 radələrində Gürcüstandan Azərbaycan ərazisinə keçərkən, Qazax rayonunun Şıxlı sərhəd-nəzarət buraxılış məntəqəsində saxlanılıb.

 

Özünü şübhəli apardığına görə, onun əl yükünə baxış keçirilərkən, bəyan edilməmiş 12 min ABŞ dolları məbləğində pul vəsaiti aşkar olunaraq götürülüb.

 

İlkin araşdırmalarla G.Bayramlının 24 may 2017-ci il tarixdə Azərbaycandan Gürcüstana gedərkən üzərində bəyan edilməli olan nağd pul vəsaiti olması müəyyən edilməyib.

 

O, Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə ittiham edilir.

LENT

20 Fevral 2018
19 Fevral 2018

Digər xəbərlər >>>