Sizin link burada

Sumqayıtda 20 top mərmisi tapıldı - FOTO

Yanvarın 22-də Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində 1 ədəd mərmi tapılıb. Lent.az-ın məlumatına görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinə məlumat daxil olub.

Məlumata əsasən, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

 

Agentliyin mütəxəssisləri tərəfindən beton zavodunun ərazisinə baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 20 ədəd 125 mm-lik top mərmisi (BK-14M) aşkar olunub. Havanın qaranlıq olması ilə əlaqədar olaraq əməliyyat yanvarın 23-də davam etdirilib. Nəticədə aşkar olunmuş mərmilər götürülərək zərərsizləşdirilməsi üçün Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

 

Aşkar olunmuş top mərmilərinin ətrafında 500 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.

LENT

26 May 2018
25 May 2018

Digər xəbərlər >>>