Sizin link burada

Lənkəranlı manyakın qurbanlarından biri də öldü

Lənkəranda döyülən sakinlərdən daha biri ölüb.

 

Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, döyülmə ilə xəstəxanaya yerləşdirilən 69 yaşlı Humay Qarayeva orada dünyasını dəyişib.

 

Qeyd edək ki, Liman şəhəri ərazisində yanvar ayının 13-ü 48 yaşlı Samirə Miriyeva və onun anası 69 yaşlı Humay Qarayeva, yanvarın 14-də isə 16 yaşlı Heybət Abdullayev və 50 yaşlı Nəcəfqulu Həsənov evində döyülüb.

 

Müxtəlif bədən xəsarətləri alan şəxslər Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

 

Xəsarətləri ağır olan 48 yaşlı Samirə Miriyevanı xilas etmək mümkün olmayıb. O, xəstəxanada dünyasını dəyişib.


Hadisəni törətməkdə şübhəli bilinən, 1991-ci il təvəllüdlü Fərrux Sabir oğlu Zeynalov tutulub.

LENT

22 Fevral 2018
21 Fevral 2018

Digər xəbərlər >>>