Sizin link burada

Azərbaycan "Dünyanın ən yaxşı ölkələri" siyahısında 5 pillə irəlilədi

ABŞ-ın "U.S. News & World Report" jurnalı 2018-ci il üçün "Dünyanın ən yaxşı ölkələri"nin siyahısını tərtib edib.

 

APA-nın xəbərinə görə, Azərbaycan siyahıda 64-cü yerdə qərarlaşıb.

 

Ötən il reytinqdə 69-cu olmuş Azərbaycan bu göstərici ilə 5 pillə irəliləyib.

 

Siyahıya İsveçrə başçılıq edir.

 

Növbəti yerləri Kanada, Almaniya, Böyük Britaniya və Yaponiya tutur.

 

ABŞ 2017-ci ilə nisbətən bir pillə geriləyərək 8-ci olub.

 

Türkiyə ötən il olduğu kimi, bu il də siyahıda 36-cı sıradadır.

 

Postsovet ölklərindən Rusiya siyahıda 26-cı, Latviya 59-cu, Ukrayna 69-cu, Qazaxıstan 70-ci, Belarus isə 72-cidir.

 

Digər postsovet ölkləri, o cümlədən Gürcüstan və Ermənistan 80 ölkənin yer aldığı siyahıya düşə bilməyib.

LENT

24 May 2018
23 May 2018

Digər xəbərlər >>>