Sizin link burada

Bakıda keçmiş məhkumun evində pulemyot tapıldı

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi istiqamətində tədbirlər davam etdirilir. Lent.az DİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, daxil olan məlumat əsasında Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsi əməkdaşlarının yanvarın 22-də keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayonunun Məhəmmədi kənd sakini, əvvəllər məhkum olunmuş Cənnət Məcidovun yaşadığı evə baxış keçirilib və oradan “RPK 74” markalı silah və 5 ədəd patron aşkar edilərək götürülüb. 

 

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Muğan qəsəbə sakini Qurbət Əsgərovun yaşadığı evə baxış zamanı isə “TOZ-16” markalı tüfəng və 2 ədəd patron aşkar edilib.

 

Saxlanılan şəxslər götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil veriliblər. Faktlarla bağlı cinayət işləri başlanılıb. 

LENT

24 May 2018
23 May 2018

Digər xəbərlər >>>