Sizin link burada

"Reket"liyə görə tutulan baş redaktor ifadə verməkdən imtina etdi

 

"Bizim dövr” qəzetinin baş redaktoru Surxay Əliyev və onun müavini Hikmət Nəcəflinin cinayət işi üzrə məhkəmə davam edib.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən iclasda vəkil Ceyhun Yusifov vəsatətlə çıxış edib. O, prosesin qapalı keçirilməsini istəyib. Digər təqsirləndirilən şəxslər və onların vəkilləri də vəsatəti müdafiə ediblər.

 

Müşavirədən sonra qərar elan edilib. Vəsatət qismən təmin edilib. Bəzi epizodlar üzrə proses qapalı keçiriləcək.

 

Məhkəmə istintaqı açıq elan edilib.

 

Prokuror ittiham aktını elan edilib.

 

İttiham aktında qeyd edilib ki, S. Əliyev 47, H. Nəcəfli 46 epizodda təqsirli bilib.

 

Təqsirləndirilən şəxslər indiki mərhələdə ifadə verməkdən imtina edib. Onlar bildiriblər ki, zərərçəkmiş şəxslərin dindirilməsindən sonra ifadə verəcəklər.

 

Məhkəmə prosesi yanvarın 30-da davam edəcək. 

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşlarının keçirdiyi əməliyyat zamanı "Gündəlik Bakı" qəzetinin baş redaktoru Habil Vəliyev, “Bizim dövr” qəzetinin baş redaktoru S. Əliyev və onun müavini Hikmət Nəcəfli saxlanılıb. Qabaqcadan əlbir olan bir qrup şəxsin gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə etməklə qadınları digər şəxslərlə görüşdürüb münasibətlərinin gizli videoçəkilişlərini aparması, onları şantaj etməsi, habelə ayrı-ayrı şəxslər barəsində rüsvayedici və böhtan xarakterli məlumatları mütəmadi olaraq mətbu orqanlarında dərc etdirib bu fəaliyyətin dayandırılması müqabilində vətəndaşlardan külli miqdarda pul tələb edilməsi və alınması, bu üsulla müxtəlif idarə və təşkilatlarda çalışan şəxslərdən, sahibkarlardan dövri haqq toplanılması barədə daxil olmuş müraciətlər DTX-da araşdırılarkən Azərbaycan Respublikası ərazisində “reket” nəşrlər yaradıb, bu nəşrlərin jurnalistləri adı altında fəaliyyət göstərən bir qrup şəxs və onlarla şəbəkə halında əlbir olan digər şəxslərdən ibarət cinayətkar dəstənin silsilə cinayət əməlləri ifşa edilib, qanunsuz fəaliyyətlərinin qarşısı alınıb.

 

DTX tərəfindən aparılan araşdırmaların nəticələri üzrə hədə-qorxu ilə tələb etmə, əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olmayan şəxslər tərəfindən gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə etməklə belə tədbirlərin keçirilməsi faktları üzrə cinayət işi başlanılıb.

 

Bu iş üzrə təqsirləndirilən Sevinc Məmmədsalayeva, Gülbəniz Əliyeva, İlahə Qasımova və Maarif Abbasov da var. Onlardan S. Məmmədsalayeva həbs olunub. Digərlərinin barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

 

 

LENT

22 Fevral 2018

Digər xəbərlər >>>