Sizin link burada

"KamAZ"la adam öldürən şəxsə cəza verildi

 
 
Ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Rahib Vəliyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
 
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində  hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.
 
Prokuror çıxışında R.Vəliyevin 6 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. 
 
 
Son sözlə çıxış edən R.Vəliyev məhkəmədən bağışlanmasını xahiş edib.
 
Hakim bildirib ki, təqsirləndirilən şəxs zərərçəkmişin yaxınları ilə barışıb, dəymiş zərər ödənilib.
 
Məhkəmənin hökmü ilə o, 5 il müddətinə azadlıqdan məhrum edilib. Hökmə əsasən, R.Vəliyev cəzasını məntəqə tibli cəzaçəkmə müəssisəsində çəkəcək.
 
 
Qeyd edək ki, hadisə ötən il iyulun 28-də saat 20:00 radələrində Quba rayonunun Digah kəndi ərazisində baş verib. Kənd sakini R.Vəliyev idarə etdiyi "KAMAZ” markalı avtomobili yoxuşda saxladığından avtomobil arxaya doğru hərəkətə gəlib. Bu zaman "KAMAZ" həmkəndliləri Bahar Atluxanovanı və Simnarə Tahirovanı vurub.
 
Qəza zamanı B.Atluxanova hadisə yerində ölüb, S.Tahirova isə xəstəxanaya yerləşdirilib. S.Tahirovanın həyatını xilas etmək mümkün olub.
 
Hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılan R.Vəliyevin barəsində həbs qətimkan tədbiri seçilməyib.
 

LENT

22 Fevral 2018
21 Fevral 2018

Digər xəbərlər >>>