Sizin link burada

Bakıda torpağa basdırılmış silah çıxarıldı

 

Bakıda torpağa basdırılmış silah çıxarılıb. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Baş Cinayət Axtarışı İdarəsi və Penitensiar Xidmət əməkdaşları tərəfindən Bakı İstintaq Təcridxanasında cəza çəkən Vüqar Məmmədovun ətrafında aparılan tədbirlərlə o, silah gizlətməsini etiraf edib və yeri barədə məlumat verib.

 

Əməliyyat tədbirlərinin davamı olaraq Sabunçu rayonunun Pirşağı qəsəbəsinin 2-ci Sovxoz ərazisində həmin yerə baxış keçirilib və oradan qundağı və lüləsi kəsilmiş ov tüfəngi aşkar edilərək götürülüb.

 

Araşdırma aparılır.

 

LENT

22 Fevral 2018
21 Fevral 2018

Digər xəbərlər >>>