Sizin link burada

Rezidenturaya qəbul üzrə sınaq imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi tərəfindən rezidenturaya qəbul olmaq istəyən namizədlərin imtahana daha səmərəli hazırlaşmalarına kömək məqsədi ilə  qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı)  üzrə sınaq imtahanı keçiriləcək.

 

DİM-dən Lent.az-a verilən məlumata görə, sınaq imtahanında iştirak etmək istəyənlər 2 fevral saat 09:00-dək DİM-in internet saytında qeydiyyatdan keçərək imtahana yazıla bilərlər.

 

Sınaq imtahanı fevralın 2-də DİM-in Nəsimi rayonu, A. Salamzadə küç., 28 ünvanında yerləşən binasında (Bakı Asiya Universitetinin binası) kompüter vasitəsilə elektron formada keçiriləcək və saat 10:00-da başlayacaq. Sualların cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılır.

LENT

25 May 2018

Digər xəbərlər >>>