Sizin link burada

Tovuzda maşın ağaca çırpıldı - 2 yaralı

Tovuzda yol qəzası baş verib.

 

APA-nın qərb bürosunun verdiyi xəbərə görə, hadisə Cırdaxanlı kəndində qeydə alınıb.

 

Hərəkətdə olan “Mitsubishi Pajero” markalı minik avtomobili idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb.

 

Qəza nəticəsində müxtəlif bədən xəsarətləri alan, 1993-cü il təvəllüdlü Ibrahimov Rahim Cavad oğlu xəstəxanaya yerləşdirilib. Vəziyyətinin kafi olduğu bildirilir. Hadisə nəticəsində yüngül xəsarət alan daha bir nəfər ambulator yardım göstərildikdən sonra evə buraxılıb.

 

Faktla bağlı araşdırma aparılır.

LENT

22 Fevral 2018
21 Fevral 2018

Digər xəbərlər >>>