Sizin link burada

Ev yandı, bir yaşlı uşaq xəsarət aldı

Şəkidə fərdi yaşayış evində yanğın olub, bir yaşlı uşaq yanıq xəsarəti alıb.

 

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, bu gün axşam saat 18:50 radələrində rayonun Şin kəndində, kənd sakini Əmrullah Ramazan oğlu Kazımova məxsus, ümumi sahəsi 180 kv/m olan birmərtəbəli 3 otaq və şüşəbənddən ibarət fərdi yaşayış evində yanğın baş verib. Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyətləri cəlb edilib.

 

FHN-nin Şəki rayon DYMH-dən APA-ya verilən məlumata görə, yanğın nəticəsində 25 kv/m-lik bir otağın yanar konstruksiyaları içərisindəki ev əşyaları ilə birlikdə və şüşəbəndin tavanı 24 kv/m-lik sahədə yanıb. Yanğınsöndürənlərin səyi nəticəsində evin qalan hissəsi yanğından mühafizə edilib. Yanğın zamanı evdə olan 2017-ci il təvəllüdlü Özcan Samir oğlu Kazımov üz nahiyəsindən yüngül yanıq xəsarəti alıb.

 

Faktla bağlı araşdırma aparılır.

LENT

28 May 2018
27 May 2018

Digər xəbərlər >>>