Sizin link burada

Kabildə otelə hücum: 35 ölü və yaralı

Əfqanıstanın paytaxtı Kabildə silahlıların “Intercontinental Hotel” mehmanxanasına hücumu nəticəsində 35 nəfər ölüb və yaralanıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, ölən və yaralananların dəqiq sayı hələlik məlum deyil. Məlumata görə, hücum edənlərdən biri məhv edilib. Otelin ikinci mərtəbəsində güclü yanğın baş verib.   

 

Məlumata görə, üzərilərində partlayıcı qurğuların olduğu dörd terrorçu otelə hücum edərək bir qrup şəxsi girov götürüblər. Daha sonra silahlılar və binanı mühasirəyə almış polis əməkdaşları arasında atışma olub.  

 

Binada hələ də üç terrorçunun olduğu bildirilir. Turistlərin və otel işçilərinin bir qismi binadan təxliyə edilib.  

 

Yerli sakinlər hadisə yerində bir neçə partlayışın baş verdiyini bildiriblər.  

 

Qeyd edək ki, “Intercontinental Hotel” bundan əvvəl 2011-ci ildə hücuma məruz qalıb, o zaman 12 nəfər ölmüşdü. Xüsusi əməliyyat zamanı terrorçuların hamısı  məhv edilmişdi.

 

LENT

28 May 2018
27 May 2018

Digər xəbərlər >>>