Sizin link burada

Rusiya BMT-də Türkiyəyə qarşı tələb qoyacaq

 

 

 

Rusiya Suriyaya diplomatik dəstək göstərməkdə davam edəcək və BMT-də Türkiyənin Afrindəki əməliyyatının dayandırılmasını tələb edəcək.

 

APA-nın xəbərinə görə, bunu “RİA Novosti”yə Federasiya Şurasının Müdafiə və Təhlükəsizlik Komitəsinin sədr müavini Frants Klinseviç bildirib.

 

“BMT-də Türkiyənin Afrindəki əməliyyatının dayandırılmasını təkcə Suriya tələb etməyəcək.  Rusiya bu tələbi dəstəkləyəcək və Suriyaya diplomatik yardım göstərməkdə davam edəcək”, - deyə F.Klinseviç bildirib.

 

Onun sözlərinə görə, Türkiyənin Afrindəki əməliyyatı Suriyanın suverenliyini kobud şəkildə pozur.

 

Qeyd edək ki, Türkiyə ordusu bu gün Bakı vaxtı ilə saat 18.00-da  Suriyanın Afrin bölgəsində  terrorçulara qarşı "Zeytun budağı" əməliyyatı başlayıb

LENT

22 Fevral 2018
21 Fevral 2018

Digər xəbərlər >>>