Sizin link burada

Türkiyə Suriyada hərbi əməliyyata başladı: "Zeytun budağı" - YENİLƏNİB

 

 

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı terrorçu qrupların Suriyanın Afrin bölgəsindəki mövqelərinin bombalanması ilə bağlı rəsmi açıqlama yayıb.

 

APA-nın “Habertürk”ə istinadən verdiyi xəbərə görə, açıqlamda deyilir:

 

“Türk Silahlı Qüvvələri tərəfindən sərhədlərimizdə və bölgədə təhlükəsizlik və sabitrliyi təmin etmək məıqsədilə Suriyanın şimal-qərbindəki Afrin bölgəsində PKK-PYD-YPG və İŞİD-ə mənsub terrorçuların zərərsizləşdirilməsi, eləcə də dost və qardaş bölgə xaqını bunların zülmündən qurtarmaq üçün "Zeytun budağı” əməliyyatı başlayıb”.

 

 

***

 

18:24

 

 

Türkiyə Hərbi HavaQüvvələrinə məxsus hərbi təyyarələr PYD-YPG qruplaşmasının Suriyanın Afrin bölgəsindəki mövqelərini bombalamağa başlayıb. 

 

APA-nın NTV-yə istinadən verdiyi xəbərə görə, hərbi təyyarələr qabaqcadan müəyyənləşdirilmiş mövqelərə zərbə endirirlər. Hələlik təyyarələrin Suriya hava məkanına keçib-keçmədiyi məlum deyil. Türkiyə ərazisindən də Suriya içərisindəki həmsərhəd ərazilərə zərbə endirməyin mümkün olduğu bildirilir. Azad Suriya Ordusu bölmələrinin isə qurudan əməliyyata başladığı xəbər verilir.

 

Türkiyə ordusunun Baş Qərargahından məsələ ilə bağlı rəsmi açıqlama gözlənilir.

LENT

20 Fevral 2018
19 Fevral 2018

Digər xəbərlər >>>