Sizin link burada

Şəhid hərbçimiz dəfn olunub- FOTOLAR

Azərbaycan Silahlı Qüvvələrinin cəbhədə şəhid olan əsgəri dəfn edilib.

 

APA-nın Şirvan bürosunun verdiyi məlumata görə, Mənəfov İbrahim Möhsüm oğlu bu gün Neftçalanın Bankə qəsəbəsində dəfn olunub.

 

Dəfn mərasimində rayon ictimaiyyətinin nümayəndələri və İ. Mənəfovun xidmət keçdiyi hərbi hissənin zabit və əsgər heyəti iştirak edib. Dəfn mərasimi fəxri qaravul və yaylım atəşi ilə müşayiət edilib. Azərbaycan bayrağı hərbi hissənin komandiri tərəfindən şəhidin atasına təqdim edilib.

 

Qeyd edək ki, İ. Mənəfov ötən gün Ermənistan silahlı bölmələrinin atəşkəs rejimini pozması nəticəsində şəhid olub. 

LENT

26 May 2018
25 May 2018

Digər xəbərlər >>>