Sizin link burada

Füzuli sakini qohumu tərəfindən güllələnib

Füzuli sakini qohumu tərəfindən güllələnib.

 

Lent.az-ın DİN-in saytına istinadən məlumatına görə, yanvarın 19-da Füzuli Rayon Polis Şöbəsinə rayon sakini Yaşar İbişovun odlu silahla yaralanması barədə məlumat daxil olub.

 

Dərhal hadisə yerinə gələn polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla Y.İbişovun Qayıdış qəsəbəsində olarkən münaqişə zəminində qohumu, Fin qəsəbə sakini Cəsarət Nəbiyevin tüfəngdən açdığı atəşlə yaralanması müəyyən edilib.

 

Görülmüş tədbirlərlə C.Nəbiyev polis əməkdaşları tərəfindən saxlanılıb. Ondan cinayətdə istifadə etdiyi, müvafiq sənədləri olmayan “TOZ-8” markalı tüfəng də götürülüb.

 

Saxlanılan şəxs maddi sübutla birgə istintaqa təhvil verilib.

LENT

20 Fevral 2018
19 Fevral 2018

Digər xəbərlər >>>