Sizin link burada

Bakının mərkəzində tarixi yaşayış binasında baş verən yanğın söndürüldü - YENİLƏNİB - FOTOLAR

 

Bakının mərkəzində tarixi yaşayış binasında baş verən yanğın söndürülüb.

 

 

Lent.az-ın məlumatına görə, bunu yanğın baş verən əraziyə gələn Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) rəisi, general-mayor Füzuli Əsədov deyib.

 

Onun sözlərinə görə, yanğın barədə siqnal saat 08.29-da daxil olub. Hadisə yerinə FHN-nin 12 texnikası, 50 nəfərədək canlı qüvvəsi cəlb olunub. Yanğın nəticəsində binanın 2000 kv.metr dam örtüyünün 250 kv.metri yanıb. Hazırda yanğının baş verən vermə səbəbləri araşdırılır.  

 

Hadisə nəticəsində xəsarət alan olmayıb.  

 

***

 

10:10

 

Bakının mərkəzində yaşayış binasındakı yanğın hələ davam edir.

 

Lent.az-ın hadisə yerində olan əməkdaşının bildirdiyinə görə, binanın dam hissəsi yanır.

 

Hadisə yerinə FHN-nin 10-a yaxın yanğın söndürən maşını və xeyli canlı qüvvə cəlb olunub. Yaşayış binasından sakinlər təxliyə olunub. İlkin məlumata görə, sakinlər arasında xəsarət alan yoxdur.

 

***

09:42

 

 

Bakının mərkəzində yanğın başlayan yaşayış binası həm də tarixi bina sayılır. 

 

 

Lent.az-ın məlumatına görə, İçərişəhərin girişində, Vəli Məmmədov küçəsi 24 ünvanındakı tarixi beşmərtəbəli binada başlayan yanğın binanın mansardını və damını bürüyüb.Hadisə yerinə bir neçə yanğınsöndürmə briqadası cəlb edilib.Yanğın lakollaşdırılıb. Hadisə yerindən fotoları təqdim edirik:

 

 

 

***

 

Fövqəladə Hallar Nazirliyi Bakının mərkəzində yaşayış binasının yanması ilə bağlı məlumat yayıb.

 

 

Lent.az-ın FHN-nin saytına istinadən xəbərinə görə, Səbail rayonunda dördmərtəbəli yaşayış binasının dam örtüyündə yanğın hadisəsi baş verib.

 

Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

 

Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir. Əlavə məlumat veriləcək.

 

 

***

 

 

09:12

 

 

Bakıda yaşayış binasında yanğın başlayıb.

 

APA-nın məlumatına görə, hadisə "Azneft" meydanı yaxınlığında beşmərtəbəli yaşayış binasının dam örtüyündə qeydə alınıb.

 

Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.

 

Alovun qarşısının alınması üçün tədbirlər görülür.

LENT

18 Fevral 2018
17 Fevral 2018

Digər xəbərlər >>>