Sizin link burada

Ucarda ata və oğlunu bıçaqlayan şəxs tutuldu - YENİLƏNİB

 

Ucar rayonunda ata və oğlunu bıçaqlayan şəxs tutulub.

 

Ucar rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, cinayətin törədilməsində şübhəli bilinən İsayev Nurlan Sahib oğlu saxlanılıb.

 

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 126.1 (qəsdən sağlamlığa ağır zərər vurma) maddələri ilə cinayət işi başlanılıb, müvafiq ekspertizalar təyin edilib.

 

***

 

01:22

 

Ucarda ata və oğul bıçaqlanıb.

 

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə  ötən gecə 23:30 radələrində rayon ərazisində baş verib.

 

Şəhərin Heydər Əliyev prospekti, ev 92 ünvanında yaşayan 1959-cı il təvəllüdlü Tehran  Salman oğlu Zahidov  və oğlu 1982-ci il təvəllüdlü Samir Tehran oğlu Zahidov bıçaq xəsarətləri ilə ağır vəziyyətdə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

 

T. Zahidovun ürək nahiyəsindən aldığı xəsarət ağır olduğundan o, xəstəxanada ölüb. Oğlu S. Zahidov isə Göyçay Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Hadisənin baş vermə səbəbi hələlik məlum deyil. Hazırda hüquq-mühafizə orqanları hadisə yerində araşdırma aparır. 

LENT

27 May 2018
26 May 2018
25 May 2018

Digər xəbərlər >>>