Sizin link burada

Bakı metrosunda HƏYƏCAN: qatar tuneldə qalıb - YENİLƏNİB

 

 

"Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Nəsimi Paşayevin Lent.az-a verdiyi məlumata görə, artıq tuneldə qalan qatar çıxarılıb və depoya göndərilib. Hadisə nəticəsində qatarların hərəkətində təxminən 15 dəqiqə interval yaranıb. 

 

Metroda qatarların hərəkəti bərpa edilib.

 

 

***

 

19:03

 

Həzi Aslanov-Dərnəgül istiqamətində 35 saylı marşrut üzrə hərəkət edən qatarın qapılarında nasazlıq yaranıb.

 

"Bakı Metropoliteni"nin mətbuat katibi Nəsimi Paşayevin Lent.az-a verdiyi məlumata görə, sərnişinlər "28 May" stansiyasında boşaldılıb, qatar isə saat 18.45-də depoya göndərilib: "Təəssüf ki, qatar indi də 28 May-Gənclik stansiyaları arasında qalıb. Hazırda başqa qatarın köməkliyiylə onu xətdən çıxartmağa çalışırıq". 

LENT

25 May 2018

Digər xəbərlər >>>