Sizin link burada

Türkiyənin məşhur layihəsinin Azərbaycan seçiminə start veriləcək 

 

Türkiyənin məşhur  “Sinemanin kral və kraliçasi”: 2-ci sinema güzeli yarişmasi” layihəsinin  Azərbaycan seçiminə  start veriləcək. 
 
 
Lent.az-ın məlumatına görə, ötən əsrdə Türkan Şoray, Tarık Akan, Fatma Girik, Cüneyt Arkın, Hülya Köçyiğit kimi məşhur sənətçilərin də iştirak etdiyi  və “Sinemanın  Kral və Kraliçesi:II Sinema Güzeli Yarışması” adlanan layihədə iştirak üçün qeydiyyatdan keçən gənclərin seçiminə başlanılacaq. Seçim turunda paytaxt Bakı və bir çox regionlardan çoxlu sayda gənc iştirak edəcək. “Sinema güzeli yarışması”nın təşkilatçısı Atilla Kaplakarslanın rəhbərlik etdiyi münsiflər, eləcə də Azərbaycan nümayəndəliyinin səs verəcəyi gənclər arasından sonda 1 qız və 1 oğlan finala vəsiqə qazanacaqlar. Onlar  birbaşa İstanbulda keçiriləcək  son final yarışmasına qatılacaqlar.
 
 
Türkiyə,  bəzi Avropa ölkələri və Azərbaycandan seçiləcək 14 qız və 14 oğlan finalçı onlar üçün yaradılan düşərgədə qalacaqlar. Bu müddətdə onların saç və cildlərinə qulluq ediləcək, aktyorluq dərsləri keçiləcək. Eyni zamanda müsabiqə gecəsi nümayiş etdiriləcək səhnələr üçün təlim keçiriləcək.  
 
 
Layihənin məqsədi istedadlı gənclərin müsbaiqə yolu ilə seçilməsi və Türkiyə filmlərinə dəvət olunmasıdır. Müsabiqə istedadlı gənclərə bacarıqlarını nümayiş etdirmək şansı yaradır. 
 
 
“Ötən əsrin 70-ci illərində Türkiyənin Artist” və “Səs”  jurnallarının həyata keçirdikləri “Sinema Gözəli” yarışı ilə “Yeşilçam”ın bir çox  istedadlı gəncləri məşhur aktyor və aktrisalar kimi tarixə düşdülər. 2017-ci ilin mart ayında yenidən fəaliyyətə başlayan müsabiqədə hüquq fakülətəsinin məzunu Dilara Gülsün Meydancı “Kraliça”, Robert Liseyinin məzunu 22 yaşlı Orhan Öztürk isə “Kral” oldu. 
 
 
Layihənin seçim turu yanvarın 21-də saat 14:00-17:00-a kimi  Pullman Hoteldə (Mikayıl Müşfiq küç.) baş tutacaq. 

LENT

20 Aprel 2018
19 Aprel 2018

Digər xəbərlər >>>