Sizin link burada

Dubayda qadın satan Vəfaya 9 İL HƏBS TƏLƏBİ

Dubaya qadın apararaq onları cinsi istismara məruz qoymaqda təqsirləndirilən 1986-cı il təvəllüdlü Mürşüdova Vəfa Ramiz qızının cinayət işi üzrə məhkəmə prosesi davam edib.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Tamilla Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib. Dövlət ittihamçısı Sabir Abdinov  Vəfa Mürşüdovanın 9 il azadlıqdan məhrum edilməsini istəyib.

 

Məhkəmə prosesi yanvarın 26- da davam edəcək.

 

Qeyd edək ki, Vəfa Mürşüdova Cinayət Məcəlləsinin 144-1.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən insan alveri törədildikdə) maddəsi ilə ittiham edilib və barəsində axtarış elan edilib.

 

2017-ci il sentyabr ayının 22 - də Vəfa Mürşüdova DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən həbs edilib.

 

İstintaq dövründə Vəfa Mürşüdovanın işi üzrə iki zərərçəkmiş kimi bir neçə qadın tanınıb.

 

Məlum olub ki, həmin qadınlar Vəfa Mürşüdova tərəfindən Dubaya aparılaraq, cinsi istismara məruz qalıblar.

LENT

26 May 2018
25 May 2018

Digər xəbərlər >>>