Sizin link burada

Onu bıçaqlayan ərini bağışladı: "Bəraət verin" - 4 İL HƏBS

Arvadını bıçaqlamaqda təqsirləndirilən Hacıbala Məmmədovun cinayət işi üzrə məhkəmə başa çatıb.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən məhkəmə prosesində dövlət ittihamçısı çıxış edərək Hacıbala Məmmədovun 5 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

 

Zərərçəkmiş Ülkər Şıxəliyeva məhkəmədən xahiş edib ki, ərinə bəraət verilsin. O, barışdıqlarını, məhkəmənin də bunu nəzərə almasını xahiş edib.

 

Məhkəmə müşavirədən sonra hökmü elan edib. Hakimlər kollegiyasının hökmünə əsasən, Hacıbala Məmmədov 4 il müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd edək ki, hadisə ötən il Bakıda baş verib. Hacıbala Məmmədov münaqişə zəminində həyat yoldaşı Ülkər Şıxəliyevanın bıçaqlayıb.

 

Qadının həyatını xilas etmək mümkün olub. H. Məmmədov isə polis tərəfindən saxlanılıb. Ona Cinayət Məcəlləsinin 126.1-ci(qəsdən sağlamlığa ağır zərbə vurma) maddəsi ilə ittiham verilib

LENT

22 Fevral 2018
21 Fevral 2018

Digər xəbərlər >>>