Sizin link burada

Tovuzda faciə: qadın mağazada yandı

Tovuzda 62 yaşlı qadın mağazanın içində yanıb.
 
 
 
APA-nın qərb bürosunun məlumatına görə, hadisə rayon bazarındakı gül dükanında baş verib.
 
 
 
Mağaza sahibi Nərgiz Əmiraslanova gecə obyektdə yatarkən paltarı elektrik sobasından alışıb.
 
 
 
Qadın yaxınlıqdakıların köməyi ilə xəstəxanaya yerləşdirilib.
 
 
 
Ona ilkin tibbi yardım göstərildikdən sonra Gəncə xəstəxanalarının birinə köçürülüb.
 
 
 
Hadisə nəticəsində qadının bədəninin 65 faizi yandığı bildirilir.
 
 
 
Nərgiz Əmiraslanovanın yeni güllər gəldiyi üçün mağazada gecələdiyi deyilir.
 
 
 
Hadisə nəticəsində obyektə və içindəki mallara ciddi ziyan dəyməyib.
 
 
 
Faktla bağlı araşdırma aparılır.

LENT

20 İyun 2018
19 İyun 2018
18 İyun 2018

Digər xəbərlər >>>