Sizin link burada

Türkiyə Suriyada hərbi əməliyyat keçirəcək

Türkiyə ordusu Suriyanın Afrin bölgəsində hərbi əməliyyat keçirəcək.

 

APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, bunu bu gün Türkiyənin müdafiə naziri Nurəddin Canikli bəyan edib.

 

N. Canikli deyib ki, bölgənin PKK terror təşkilatının Suriya qolu olan PYD/YPG terror təşkilatından təmizlənməsi üçün hərəkatla bağlı lazımı şərtlər formalaşdırılır: "Afrində bütün terror ocaqları aradan qaldırılacaq".  

 

Qeyd edək ki, ötən həftə Türkiyə prezidenti Rəcəb Tayyib ƏrdoğanTürkiyə ordusunun bir həftə ərzində Afrində hərbi əməliyyata başlayacağını bəyan edib.

LENT

18 Fevral 2018
17 Fevral 2018

Digər xəbərlər >>>