Sizin link burada

Putin 7 dərəcə şaxtada gölə girdi - FOTO

Rusiya Prezidenti Vladimir Putin İsa peyğəmbərin doğum günü və xaç suyuna salınma mərasimlərinə qatılıb.
 
APA-nın xarici mətbuata istinadən xəbərinə görə, 65 yaşlı Putin paytaxt Moskvanın şimalındakı Nilov Monastırında dua edib. O, 7 dərəcə şaxtada gölə girib.
 
Prezidentin mətbuat katibi Dimitri Peskov Putinin daha əvvəllər belə mərasimlərə qatıldığını desə də, ilk dəfə mərasimin görüntülərini paylaşıb. 
 
Peskov bir neçə gün əvvəl mətbuata açıqlamasında Putinin səhhətinin yerində olduğunu demişdi.

LENT

22 Fevral 2018

Digər xəbərlər >>>