Sizin link burada

DGK-dan siqaretlərlə bağlı YENİ TƏKLİF

Dövlət Gömrük Komitəsi şəxsi istehlak üçün gətirilən siqaretin sayının azaldılması ilə bağlı qanunvericiliyə dəyişikliyin edilməsini təklif edir.
 
 
 
“APA-Economics”in məlumatına görə, bunu Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bu gün Ümumdünya Gömrük Təşkilatının Avropa Regional Ofisində Dövlət Gömrük Komitəsi rəhbərliyinin iştirakı ilə "2017-ci ilin yekunları və qarşıda duran vəzifələr" mövzusunda keçirilən mətbuat konfransında bildirib. Onun sözlərinə görə, DGK ölkəyə şəxsi istehlak üçün gətirilən siqaretin 3 blokdan 1 bloka qədər endirilməsi ilə bağlı qanunvericiliyə dəyişikliyin edilməsi ilə bağlı Milli Məclisə müraciət edəcək.
 
 
 
Onun sözlərinə görə, dəfələrlə ölkəyə qeyri-qanuni yollarla tütün və tütün məhsullarının gətirilməməsi ilə bağlı xəbərdarlıqlara baxmayaraq belə məhsulların idxalında azalma müşahidə edilmir. “Müşahidə edilib ki, sərhəd bölgələrə yaxınlaşdıqca əhalinin kənd təsərrüfatı sektoruna marağı azalır. Bu gün şəxsi istifadə üçün vətəndaşlar 3 blok siqaret gətirilə bilər. Ancaq bəzən insanlar bundan sui-istifadə edirlər. Bunları nəzərə alaraq Milli Məclisə müraciət edəcəyik. İnanırıq ki, bizim bu təklifimiz qəbul ediləcək”.

LENT

19 Fevral 2018
18 Fevral 2018
17 Fevral 2018

Digər xəbərlər >>>