Sizin link burada

Bakıda itə görə iki qardaşın qanını axıdana AĞIR CƏZA

Bakıda it gəzdirdikləri üçün iki qardaşı bıçaqlamaqda təqsirləndirilən Elşən Məlikovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Tamilla Nəsrullayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən Elşən Məlikov 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

 

 

 Qeyd edək ki, hadisə ötən ilə Sabunçu qəsəbəsində baş verib. Baş Cinayət Axtarışı İdarəsi və Sabunçu RPİ 14-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 13-də Mahir Əhmədova və qardaşı Elxana bıçaqla xəsarət yetirib, hadisə yerini tərk etməkdə şübhəli bilinən Elşən Məlikov saxlanılıb. O, törətdiyi cinayəti etiraf edib. Bildirib ki, qardaşlar onların yaşadığı ərazidə it gəzdirdikləri üçün aralarında mübahisə düşüb. Daha sonra Elşən Məlikov bıçağa əl ataraq hər iki qardaşı bıçaqlayıb.

LENT

26 May 2018
25 May 2018

Digər xəbərlər >>>