Sizin link burada

Keçmiş məhkumun evindən 3 silah götürüldü

Gəncə Şəhər Baş Polis İdarəsi əməkdaşlarının əldə edilən məlumat əsasında həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Sərxan Mustafayevin yaşadığı evə baxış keçirilib. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, baxış zamanı oradan 1 ədəd pnevmatik tapança, 1 ədəd lüləsi kəsilmiş “İJ-27” markalı tüfəng, 1 ədəd “Tir” tüfəngi və 5 ədəd patron, həmçinin külli miqdarda  - çəkisi 945 qram olan tiryək də aşkar edilərək götürülüb.  

 

Saxlanılan şəxs maddi sübutlarla birgə istintaqa təhvil verilib.

 

İstintaq və əməliyyat-axtarış tədbirləri aparılır.

LENT

20 Fevral 2018
19 Fevral 2018

Digər xəbərlər >>>