Sizin link burada

Aydın Əliyev: "Gömrük orqanları 2017-ci ili uğurlarla başa vurub"

"Gömrük orqanları 2017-ci ili uğurlarla başa vurub".
 
 
 
“APA-Economics”in məlumatına görə, bunu Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bu gün Ümumdünya Gömrük Təşkilatının Avropa Regional Ofisində Dövlət Gömrük Komitəsi rəhbərliyinin iştirakı ilə "2017-ci ilin yekunları və qarşıda duran vəzifələr" mövzusunda keçirilən mətbuat konfransında bildirib.
 
 
 
"Ötən il Azərbaycanda iqtisadiyyatı üçün olduqca uğurlu olub", - deyə A.Əliyev vurğulayıb.
 
 
 
O bildirib ki, ötən il idxal 291 mln. manat artıb: “Bu, prezidentin tapşırığına uyğun olaraq həyata keçirilib. Müsbət haldır ki, ötən il müsbət saldo 5 milyard manatdan artıq olub. 2017-ci ildə 2 milyard 250 milyon manatlıq dövlət büdcə proqnozu artıqlaması ilə yerinə yetirilib və 2,8 milyard manat Dövlət Gömrük Komitəsi tərəfindən toplanaraq büdcəyə keçirilib”.

LENT

19 Fevral 2018
18 Fevral 2018
17 Fevral 2018

Digər xəbərlər >>>