Sizin link burada

BMT baş katibindən İranla bağlı çağırış

BMT baş katibi Antonio Quttereş İranla bağlanılmış nüvə sazişinin qorunub saxlanılmasına çağırıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Antonio Quttereş BMT Təhlükəsizlik Şurasında çıxışı zamanı bildirib.

 

“İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli İş Planı (SVPD) sual altına qoyulub. İran xalqı və beynəlxalq ictimaiyyətin marağında olan çoxillik saziş qorunub saxlanılmalıdır.       

 

İran və “altılıq” (beynəlxalq vasitəçilər) arasında nüvə proqramına dair tarixi razılaşma 2015-ci ilin iyulun 14-də əldə olunub.  

 

LENT

22 Fevral 2018

Digər xəbərlər >>>